Digər
İsrail və Livan nümayəndələri bu tarixdə görüşəcək
İsrail və Livan rəsmiləri mayın 14-15-də Vaşinqtonda sülh və təhlükəsizlik üzrə hərtərəfli razılaşmanın əldə olunmasına dair müzakirələr aparacaqlar.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott məlumat yayıb.
Piqot bildirib ki, müzakirələrdə sülh və təhlükəsizlik, Livan ərazisinin suverenliyinin tam bərpası və digər məsələlərlə bağlı razılaşmalar üçün çərçivə sənədi hazırlanacaq.
Rəsminin sözlərinə görə, ABŞ hər iki hökumətin bu prosesə sadiqliyini alqışlayır və hərtərəfli sülhün Livanda dövlət hakimiyyətinin tam bərpasından və Hizbullahın tamamilə tərksilah edilməsindən asılı olduğunu anlayır.
Mənbə
axar.az