Digər

ABŞ-da neft emalı zavodunda güclü partlayış

09 May 2026, 00:35 1 baxış
ABŞ-da neft emalı zavodunda güclü partlayış

ABŞ-ın Luiziana ştatının Şalmett şəhərində yerləşən neft emalı zavodunda güclü partlayış baş verib.


Axar.az xəbər verir ki, bu barədə “Foks” telekanalı məlumat yayıb.


Telekanalın məlumatına görə, partlayış “PBF Chalmette” neft emalı zavodunda baş verib. Hadisə şahidləri sosial şəbəkələrdə müəssisədən bir neçə kilometr uzaqdan görünən qalın qara tüstü və alovun görüntülərini paylaşıblar.


Qeyd olunub ki, yanğın söndürülüb. Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər