İdman
Azərbaycan millisi Rumıniyaya böyük hesabla uduzdu
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində qolu 45+2-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.
Günün digər matçında Gürcüstan yığması Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, U-16 millimiz növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək. Azərbaycan yığması ilk matçında Litvaya 1:4 hesabı ilə uduzub.
Mənbə
axar.az