Digər

Zelenski Rusiya ilə atəşkəsi təsdiqlədi

08 May 2026, 23:23 1 baxış
Zelenski Rusiya ilə atəşkəsi təsdiqlədi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın elan etdiyi üçgünlük atəşkəsi təsdiqləyib.


Axar.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında paylaşım edib.


“Bu gün Amerikanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində Rusiyanın 1000-ə 1000 formatında məhbus mübadiləsinə razılığını aldıq. Həmçinin 9, 10 və 11 may tarixlərində atəşkəs elan edilməlidir”, – deyə Zelenski bildirib.


Qeyd edək ki, bundan öncə Tramp Ukrayna ilə Rusiya arasında üçgünlük atəşkəs elan olunacağını bəyan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər