Digər

"Haber Global" "SAHA 2026" hərbi sərgisindəki Azərbaycan stendindən reportaj hazırladı - VİDEO

08 May 2026, 21:56 1 baxış
"Haber Global" "SAHA 2026" hərbi sərgisindəki Azərbaycan stendindən reportaj hazırladı - VİDEO
İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində Azərbaycanın milli stendi böyük maraq doğurub. Oxu.Az xəbər verir ki, "Haber Global" bu mövzuda xüsüsi videoreportaj hazırlayıb.
Süjetdə bildirilir ki, Azərbaycan stendində yerli müdafiə sənayesinin istehsal etdiyi müasir silah sistemləri, texnoloji həllər və hərbi təyinatlı məhsullar nümayiş etdirilib. "Azərbaycanın istehsalı olan təkmilləşdirilmiş "Arkan 10" fiberoptik dronları, başqa sözlə desək, kamikadzeləri dosta güvən, düşmənə qorxu aşılayır", - reportajda deyilir. Bundan başqa, süjetdə "Arkan", "Quzğun" dronlarının, AKQ-20 qumbaraatanı, snayper tüfənglərinin xüsuyyətlərindən bəhs olunub.
"Haber Global" "SAHA 2026" hərbi sərgisindəki Azərbaycan stendindən reportaj hazırladı - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər