Digər
Avropa ilə dialoqa hazırıq, lakin... - Peskov
Rusiya Avropa ilə dialoqa hazırdır, lakin özü buna təşəbbüs etməyəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Avropalılar nə qədər hazırdırsa, biz də dialoqumuzda irəliləməyə hazır olacağıq. Amma Putinin dəfələrlə bəyan etdiyi kimi, avropalıların tutduğu mövqedən sonra biz özümüz belə təmaslara başlamayacağıq", - o bildirib.
Mənbə
axar.az