Siyasət

Keçmiş məcburi köçkün: "Gözümün qarşısında şəhidlər vermişik"

08 May 2026, 06:39 1 baxış
Keçmiş məcburi köçkün: "Gözümün qarşısında şəhidlər vermişik"
"Bu gün həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, 32 ildən sonra evimizə qayıdıram. Kədərlənirəm ona görə ki, mən orada tibb bacısı işləmişəm, gözümün qarşısında şəhidlər vermişik". Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, Xocavənd sakini Roza Abbasova deyib. "Bu günümüzə şükürlər olsun. Prezidentimizə təşəkkür edirəm ki, bizi elimizə, obamıza qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Yoldaşım, övladlarımla gəlmişdim, yoldaşım rəhmətə gedib, övladlarım və nəvələrimlə geri qayıdıram", - deyə Xocavənd sakini əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər