Siyasət

Səudiyyə Ərəbistanı ABŞ-yə hava məkanından istifadəyə niyə qadağa qoyur? - VİDEO

08 May 2026, 00:12 1 baxış
Səudiyyə Ərəbistanı ABŞ-yə hava məkanından istifadəyə niyə qadağa qoyur? - VİDEO
ABŞ köməyi həm NATO daxilindəki tərəfdaşlarından, həm də Körfəz ölkələrindən gözləyirdi. Amma Qərb ölkələrinin "bu bizim müharibəmiz deyil" deyərək İran və Hörmüz məsələsində Prezident Trampın yanında olmayacaqlarını açıqlamasından bir müddət sonra Səudiyyə Ərəbistanı da ABŞ-nin Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etməyi hədəfləyən "Azadlıq Layihəsi" əməliyyatını dəstəkləməkdən imtina etdi.
Səbəb də Qərb ölkələrinin gətirdiyi arqumentlə eynidir: Vaşinqton İran və Hörmüz boğazı ilə bağlı atacağı addımlar barədə krallığı əvvəlcədən xəbərdar etməyib. "NBC News" iddia edir ki, rəsmi Ər-Riyad Vaşinqtona Amerika təyyarələrinin Şahzadə Sultan hava bazasından qalxmasına icazə verməyəcəyini və onların ölkənin hava məkanından istifadəsini qadağan edəcəyini bildirib. Hətta Trampın Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla telefon danışığı da vəziyyəti düzəltməyə kömək etməyib. Bundan sonra Amerika lideri "Azadlıq" əməliyyatını dayandırmaq məcburiyyətində qalıb. Maraqlıdır, Səudiyyə Ərəbistanı ABŞ-yə hava məkanından istifadəyə niyə qadağa qoyur? Baku TV-nin süjetində bu və digər suallara aydınlıq gətirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər