Siyasət
Bir sıra şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir sıra mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla fərdi təqaüdə aşağıdakı şəxslər layiq görülürlər: - Abbasov Adil Möhsün oğlu; - Bağırova Sənubər Yusufovna; - Həkimova Svetlana Calal qızı; - Hüseynov Rövşən Maqsud oğlu; - Mehdiyev Cahangir Yaqub oğlu; - Məlik-Aslanov Ramiz Lütfəli oğlu; - Məmmədov Alim Tahir oğlu; - Məmmədova Rimma Şahbabayevna; - Mustafayev Mustafa Şura oğlu; - Nəsirova Hicran Fətəli qızı; - Rəhimova Adilə Teymurovna. Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər