Siyasət
Hörmüz böhranı enerji bazarında yeni qiymət dalğası yaratdı - VİDEO
Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti iyun ayında Asiya alıcıları üçün neft qiymətlərini endirib. Bu barədə şirkətin məlumatını "Bloomberg" də yayaraq bildirib ki, şirkət Asiya bazarı üçün "Arab Light" neftinin bir barelinin qiymətini dörd dollar azaldıb. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Hətta qeyd edilir ki, treyderlər daha əhəmiyyətli dərəcədə - bir barel üçün səkkiz dollar eniş gözləyirdilər. İddia edilir ki, bu da olacaq. İndi maraqlı məsələ ortaya çıxır: İran ətrafında baş verən gərginliklər enerji bazarında sanki İran və Rusiya kimi təchizatçıları neytrallaşdırmaq müstəvisinə keçir. İran Hörmüz boğazını bağladı ki, ABŞ-nin müttəfiqi olan Körfəz ölkələri neft-qaz sata bilməsinlər, ziyan görsünlər. Nəticədə Səudiyyə Ərəbistanı neft qiymətlərini endirir. Üstəlik, ölkənin "Saudi Aramco" milli neft şirkəti bazar sabitliyini dəstəkləmək üçün neft hasilatını artırmaq qərarına gəlib. Nəzərə alsaq ki, bir müddət əvvəl Birləşmiş Ərəb Əmirlikləri də OPEC və OPEC+dan çıxdığını elan etmişdi, deməli, Körfəz ölkələri böyük neft-qaz ehtiyatları ilə istədiyi qiymətlərlə dünya bazarını idarə edəcəklər.

Mənbə
oxu.az
Oxşar Xəbərlər