Siyasət
Ceyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı aparılıb. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna prezidentləri arasında aparılmış danışıqlardan və əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual mövzuları müzakirə edilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər