Siyasət

Beynəlxalq qanunları pozan iki ölkə müharibəni "sənədləşdirir" - VİDEO

06 May 2026, 01:42 1 baxış
Beynəlxalq qanunları pozan iki ölkə müharibəni "sənədləşdirir" - VİDEO
Amerika Birləşmiş Ştatları (ABŞ) Bəhreyn və Fars körfəzindəki müttəfiqləri ilə birlikdə Hörmüz boğazındakı vəziyyətlə bağlı İranı məsuliyyətə cəlb etmək üçün BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etməyə hazırlaşır. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Lakin gərginliyin daha ciddi tərəfləri üzə çıxmaqdadır. Rəsmi Vaşinqton Tehrana təzyiq vasitəsi kimi İran limanlarının və Hörmüz boğazı keçidinin blokadaya alındığını elan edib. Öz növbəsində İran da Hörmüz boğazının Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq qapalı olduğunu bəyan edib. Beləliklə, hər iki tərəf beynəlxalq hüquq normalarını pozsa da, yaranmış vəziyyətə görə bir-birini günahlandırır. Tərəflərin kompromisə getmədiyi bir şəraitdə BMT-nin reaksiyası maraq doğurur: Beynəlxalq təşkilat günahkar tərəfə təzyiq edərək Hörmüz boğazında naviqasiyanın bərpasına nail ola biləcəkmi?
Mənbə oxu.az

Oxşar Xəbərlər