Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində hərəkətə məhdudiyyət tətbiq ediləcək

05 May 2026, 21:00 1 baxış
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsində hərəkətə məhdudiyyət tətbiq ediləcək
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində (8 Noyabr prospektindən Babək prospektinədək olan hissə) 5 may saat 22:00-dan 8 may saat 06:00-dək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin (AAYDA) məlumat yayıb. "Sürücülərdən xahiş olunur ki, aparılan işlərə anlayışla yanaşaraq əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər", - məlumatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər