Siyasət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

05 May 2026, 20:36 1 baxış
Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Prezident İlham Əliyev ölkəmizlə Avropa Birliyi arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunaraq Avropa Birliyinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə AB-nin etibarlı tərəfdaşı olduğunu vurğulayıb.


Axar.az xəbər verir ki, dövlət başçısı bu barədə Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman danışıb.


Bu xüsusda dövlətimizin başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa Birliyinin daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər