Cəmiyyət

Sumqayıtda yol çökdü - Foto

05 May 2026, 17:30 1 baxış
Sumqayıtda yol çökdü - Foto

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.


Axar.az Report-a istinadla xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrlik iri oyuq yaranıb.


Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.


Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər