Siyasət
Azərbaycanla İƏT arasında saziş TƏSDİQLƏNDİ
"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2025-ci il dekabrın 2-də Bakı şəhərində imzalanıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər