Siyasət

Kaya Kallas Azərbaycandadır

05 May 2026, 13:44 1 baxış
Kaya Kallas Azərbaycandadır

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib.


Bu barədə Axar.az-a AB-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.




“Azərbaycan Avropa Birliyi üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam”, - Kallas qeyd edib.


Onun sözlərinə görə, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.


“Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq bizim fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır", - AB rəsmisi əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər