Siyasət
Meloni: "İtaliya Azərbaycanla strateji tərəfdaşlığı konkret imkanlara çevirmək istəyir" - VİDEO
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Bakıya səfəri ilə bağlı sosial şəbəkədə açıqlama yayıb. Oxu.Az-ın xəbərinə görə, o, öz "X" hesabında iki ölkə arasındakı münasibətlərdən bəhs edib. "Biz Bakıda İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət kəsb edən strateji tərəfdaşlığımızı gücləndirmək niyyətindəyik. Azərbaycanla enerji, təhlükəsizlik, nəqliyyat infrastrukturu, investisiya və siyasi dialoq sahələrində onsuz da əhəmiyyətli olan əməkdaşlığımızı möhkəmləndirmək və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara çevirmək istəyirik. İndiki kimi belə çətin zamanlarda müəyyənliyi qorumaq olduqca vacibdir. Və İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də belə müəyyənliklərdən biridir", - deyə Meloni paylaşımda yazıb.
Xatırladaq ki, İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mayın 4-də Azərbaycana işgüzar səfər edib.
Xatırladaq ki, İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mayın 4-də Azərbaycana işgüzar səfər edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər