Siyasət

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

04 May 2026, 22:56 1 baxış
Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Azərbaycanla İtaliya arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir.


Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.


"Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir", - Prezident bildirib və əlavə edib ki, görüş zamanı bu barədə fikir mübadiləsi aparılıb:


"Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb".

Mənbə axar.az

Oxşar Xəbərlər