Digər
Ukrayna aerodromu və neft bazasını vurdu
Ukrayna ordusu Krımda yerləşən "Kaça" aerodromuna və Simferopoldakı neft bazasına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, aerodromda MR-10 radiolokasiya stansiyası, hava hücumundan müdafiə (HHM) idarəetmə məntəqəsi və "Parol-4" (1L22) yerüstü radiolokasiya məhv edilib.
Bundan əlavə, “Tes” neft bazasının da anbarı vurulub.
Mənbə
axar.az