Digər
İsrail ordusu Hizbullahın silah anbarını aşkarladı - Video
İsrail Müdafiə Ordusu (ÇAXAL) Livan ərazisində Hizbullah təşkilatına məxsus silah-sursatla dolu atəş mövqeyi və minalanmış çuxur aşkar edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı ÇAXAL yayıb.
"Əməliyyatlar zamanı hərbçilərimiz tərəfindən Hizbullahın İsrail vətəndaşlarına və bölgədə fəaliyyət göstərən qüvvələrə qarşı istifadə üçün nəzərdə tutulan minaatan mərmiləri və raket ehtiyatı olan mövqeyi tapılıb. Digər bir əməliyyatın gedişatında isə içində 900 kq çəkisi olan partlayıcı qurğu yerləşdirilmiş, minalanmış çuxur aşkarlanıb. Çox güman ki, bu, həmin ərazidə əvvəllər quraşdırılmış köhnə bir qurğudur", - məlumatda qeyd olunub.
Mənbə
axar.az