Digər
İranda mədəndə növbəti uçqun: ölən var
İranın Cənubi Xorasan əyalətinin Təbəs rayonunda daş kömür mədənində uçqun olub.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Uçqun nəticəsində bir mədənçi ölüb, biri isə yaralanıb.
Bundan əvvəl yanvar ayında da həmin mədəndə uçqun nəticəsində iki nəfər həyatını itirmişdi.
Mənbə
axar.az