Digər
İran bu ərəb ölkəsini hədələdi: Müharibə başlasa...
Birləşmiş Ərəb Əmirliyi son qələbə və məğlubiyyət üzərində qumar oynamaqla təhlükəli yola girib.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əli Xəzərian deyib.
BƏƏ-nin Amrika və İsraillə əməkdaşlığını tənqid edən millət vəkili Abu-Dabini ağır zərbə alacağı ilə təhdid edib:
“Hər hansı bir müharibə baş verərsə, BƏƏ artıq texnologiyanın məhv ediləcəyi bir vəziyyətə qayıdacaq”.
Xəzərian həmçinin BƏƏ-də yaşayan əcnəbilərə vəziyyət dəyişməzdən əvvəl ölkəni tərk etməyi məsləhət görüb.
Mənbə
axar.az