Digər

Gənc aktyorun ürəyi dayandı

29 Apr 2026, 12:42 1 baxış
Gənc aktyorun ürəyi dayandı

Türkiyəli aktyor Oqtay Çubuk xəstəxanaya yerləşdirilib.


Kult.az Unikal-a istinadla xəbər verir ki, gənc aktyor tətildə olarkən qəfil huşunu itirib. Tibbi müayinələr zamanı onun ürəyinin qısa müddətə dayandığı məlum olub.


Çubukun reanimasiya şöbəsinə yerləşdirildiyi, həyatı üçün təhlükə yaradan vəziyyətinin nəzarət altına alındığı və müalicəsinin davam etdiyi bildirilib.


Digər tərəfdən, 30 yaşlı aktyorun hər hansı bir ürək xəstəliyinin olmadığı bildirilib.


2020-ci ildə "Bir Nefes Daha" filmindəki "Fehmi" obrazını canlandırdığı üçün mükafatlara layiq görülən gənc aktyor, "Cennet'in Gözyaşları", "Aşk Ağlatır" və "Sol Yanım" kimi seriallarında rol alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər