Digər
Ağ Ev Trampa sui-qəsd cəhdləri üzrə “rekord” elan etdi
Heç bir ABŞ Prezidenti Donald Tramp qədər sui-qəsd cəhdindən sağ çıxmayıb.
Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt brifinqdə açıqlayıb.
“Bu, Trampa qarşı iki ildə üçüncü sui-qəsd cəhdidir. Tarixdə heç bir başqa prezident həyatına bu qədər təkrarlanan və ciddi sui-qəsdə məruz qalmayıb”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində atışma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceys Devid Vensi və Ağ Evin mətbuat katibini zaldan çıxarıblar. Silahlı şəxs saxlanılıb.
Mənbə
axar.az