Digər

Cuba yaxınlığında təyyarə qəzaya uğradı: ölənlər var

27 Apr 2026, 22:50 1 baxış
Cuba yaxınlığında təyyarə qəzaya uğradı: ölənlər var

Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.


Axar.az xəbər verir ki, bunu Cənubi Sudan Mülki Aviasiya İdarəsi bildirib.


Məlumata görə, “Cessna 208 Caravan” tipli təyyarə Yai şəhərindən Cuba Beynəlxalq Hava Limanına daxili reys həyata keçirirmiş. Yerli vaxtla saat 09:15-də havaya qalxan təyyarə ilə təxminən 30 dəqiqə sonra əlaqə kəsilib. Qəza nəticəsində göyərtədə olan 13 sərnişinin və pilotun hamısı həyatını itirib.


Həlak olanlardan ikisinin Keniya vətəndaşı olduğu, digərlərinin isə Cənubi Sudan vətəndaşları olduğu bildirilir.


İlkin ehtimallara əsasən, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti və zəif görünüş səbəb olub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər