Cəmiyyət

Naxçıvanda avtomobil aşıb: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb

27 Apr 2026, 02:21 2 baxış
Naxçıvanda avtomobil aşıb: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Naxçıvanda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza Naxçıvan-Şahbuz magistralında qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Nurlan İslam oğlu Əliyev ölüb, maşında olan 1996-cı il təvəllüdlü Elvin İbrahim oğlu Abbasov, 1998-ci il təvəllüdlü Elçin Məmməd oğlu Abbasov və 2001-ci il təvəllüdlü Vəli Əli oğlu Məhərrəmov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan Elçin Abbasovun vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər