Cəmiyyət

Bakı turistləri mat qoydu: Alman, hind və türkiyəli qonaqlar nəyə heyran qaldılar? - VİDEO

26 Apr 2026, 23:48 2 baxış
Bakı turistləri mat qoydu: Alman, hind və türkiyəli qonaqlar nəyə heyran qaldılar? - VİDEO
Tarixin izlərini daşıyan küçələr, qədim memarlıq və turist axını. İçərişəhər keçmişlə bu günü birləşdirən məkanlardan biridir. Paytaxtın qədim hissəsi olan bu ərazi həm yerli, həm də xarici turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır. Oxu.Az xəbər verir ki, şəhərin qonaqları öz təəssüratlarını AzTV-nin əməkdaşları ilə bölüşüblər.
"Özbəkistandan gəlmişik. Bir həftədir ki, buradayıq. Möhtəşəm şəhərdir. Burada hava Daşkəndlə müqayisədə sərindir. Ümumilikdə isə əlbəttə ki, çox xoşumuza gəlir. Yeməklər çox dadlıdır". "Mən Hindistandan gəlmişəm. Doqquz gündür buradayam. Şirvanşahlar Sarayını ziyarət etdim, Nizami küçəsində oldum. Bura çox möhtəşəmdir", - deyə digər bir qonaq vurğulayıb. Onlar ölkəmizin zəngin tarixinə, mədəniyyətinə, mətbəxinə və təmizliyinə hər dəfə heyran olduqlarını bildiriblər. "Biz Almaniyadan nümayəndə heyəti ilə gəlmişik. Bakıya ilk səfərimizdir. Çox gözəl şəhərdir və düşünürəm ki, tezliklə yenidən bura gələcəyik".
Mənbə oxu.az

Oxşar Xəbərlər