Digər

UTX Krımda Rusiya ordusuna ağır zərbələr endirdi

26 Apr 2026, 18:44 1 baxış
UTX Krımda Rusiya ordusuna ağır zərbələr endirdi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya silahlı qüvvələrinin Krımdakı bir neçə mühüm hərbi hədəfinə, o cümlədən üç hərbi gəmiyə, bir qırıcı təyyarəyə və hava hücumundan müdafiə qurğularına zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə UTX mətbuat xidməti məlumat verib.


Məlumatda deyilir ki, Ukrayna Prezidentinin verdiyi tapşırıqları yerinə yetirən UTX-nin “Alfa” bölməsinin hərbçiləri dünən gecə Sevastopoldakı Rusiya Qara Dəniz Donanmasının hərbi dəniz bazasında, eləcə də Krımın Belbek hərbi aerodromunda uğurlu xüsusi əməliyyat keçiriblər.

Mənbə axar.az

Oxşar Xəbərlər