Cəmiyyət
Cəlilabadda AĞIR QƏZA: Xəsarət alanlar var
Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Oxu.Az-ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Zopun kəndi ərazisində baş verib. Qəza zamanı "Lada" və VAZ-2106 toqquşub. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Şükufə Süleymanlı Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar və hazırda onlara tibbi yardım göstərilir. Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az