Digər

İsrail İranla müharibədə bu ölkəyə Dəmir Qübbə göndərib...

26 Apr 2026, 17:13 1 baxış
İsrail İranla müharibədə bu ölkəyə Dəmir Qübbə göndərib...

İsrail İranla müharibənin ilk günlərində ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirlikləri ərazisinə Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin bir batareyasını və onu idarə etmək üçün hərbçilər yerləşdirib.


Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri rəsmilərə istinadla məlumat yayıb.


Bildirilib ki, bu, sistemin İsrail və ABŞ-dan kənar başqa bir ölkəyə ilk dəfə göndərilməsi deməkdir:


“ABŞ və İsrailin İranla müharibəsi zamanı Tehran BƏƏ-yə qarşı davamlı hücumlar həyata keçirib. BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, təxminən 550 ballistik və qanadlı raket, eləcə də 2200-dən çox pilotsuz uçuş aparatı buraxılıb ki, bu da ölkəni regionda ən çox hədəf alınan dövlətə çevirib. Mərmilərin əksəriyyəti ələ keçirilsə də, bəziləri hərbi və mülki hədəflərə dəyib və bu da Əbu-Dabini müttəfiqlərindən kömək istəməyə vadar edib.


İsrail rəsmiləri “Axios”a bildiriblər ki, Baş nazir Benyamin Netanyahu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanla telefon danışığından sonra yerləşdirmə əmri verib. Sistemin onlarla İran raketini ələ keçirdiyi deyilir”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər