Digər
Makronun arvadı sarayda darıxır: Özümü kədərli hiss edirəm
Yelisey sarayındakı həyat bəzən mənə ağır gəlir.
Axar.az xəbər verir ki, bunu Fransanın birinci xanımı Bricit Makron deyib.
“Əvvəllər mənim adi bir həyatım var idi: uşaqlarım, işim, hamıdakı kimi enişlər və yüksəlişlər. Amma bu on il çox tez və gərgin keçdi.
Mən dünyanın qaranlıq tərəflərini, axmaqlığı və pisliyi gördüm. Bəzən özümü əvvəlkindən daha kədərli hiss edirəm”, - o bildirib.
Mənbə
axar.az