Levitt atəşdən dəqiqələr öncə “atəş” anonsu verib
Bu gecə atəş səsləri eşidiləcək. Hamı hazır olmalıdır. Bu, həqiqətən də əla olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karolina Levitt Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atışma səsləri eşidilməzdən bir neçə dəqiqə əvvəl deyib.
“Sizə deyim ki, Donald Trampın bugecəki çıxışı klassik olacaq. Gülməli və əyləncəli olacaq”, - deyə o, Trampın çıxışına diqqəti çəkmək üçün bildirib.
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.
Hücum edən şəxsin 31 yaşlı Koul Allen olduğu üzə çıxıb. O, tək hərəkət edib.