Digər

Trampın tədbirində atəş açan şəxs kimdir? - Maraqlı detallar

26 Apr 2026, 12:25 1 baxış
Trampın tədbirində atəş açan şəxs kimdir? - Maraqlı detallar

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen olduğu müəyyən edilib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, K.Allen 2017-ci ildə Kaliforniya Texnologiya İnstitutundan məzun olub. O, maşınqayırma sahəsində bakalavr dərəcəsinə malikdir. Tələbəlik illərində əlil arabaları üçün təcili tormozlama sisteminin tərtibatçısı kimi hətta yerli xəbərlərə də düşüb.


"LinkedIn" profilinə görə, K.Allen repetitorluqla məşğul olan "C2 Education" şirkətində çalışıb. 2024-cü ilin dekabrında təşkilat hətta onu "ayın müəllimi" seçib. Pedaqogika ilə yanaşı, o, videooyunların hazırlanması ilə də maraqlanıb: 2018-ci ildə "Steam" platformasında hələ də 1.99 dollara satılan fərdi layihəsini buraxıb.


Məlum olub ki, K.Allen demokratlara rəğbət bəsləyir. Federal Seçki Komissiyasının məlumatına görə, o, 2024-cü ilin oktyabrında Kamala Harrisin prezidentlik kampaniyasına 25 dollar ianə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər