Digər

Türkiyədə ard-arda iki zəlzələ baş verdi

26 Apr 2026, 11:00 1 baxış
Türkiyədə ard-arda iki zəlzələ baş verdi

Aprelin 26-da Türkiyə ard-arda iki dəfə zəlzələ olub.


Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.


Məlumata görə, ilk hadisə yerli vaxtla saat 08:01-də (Bakı vaxtı ilə saat 09:01) Yeddisu (Bingöl) bölgəsində 4,4 bal gücündə qeydə alınıb. Zəlzələnin dərinliyi 7 km olub.


40 dəqiqə sonra, yerli vaxtla 08:41-də (Bakı vaxtı ilə 09:41) Sındırgı (Balıkəsir) bölgəsində isə dərinliyi 14,93 km olan 3,1 bal gücündə yeraltı təkanlar baş verib.

Mənbə axar.az

Oxşar Xəbərlər