Digər

Kolumbiyada güclü partlayış: 14 ölü, 38 yaralı

26 Apr 2026, 11:44 1 baxış
Kolumbiyada güclü partlayış: 14 ölü, 38 yaralı

Kolumbiyanın cənub-qərbində baş verən partlayış nəticəsində 14 nəfər həlak olub, 38 nəfər yaralanıb.


Axar.az xəbər verir ki, Kauka inzibati bölgəsindəki Kajibio şəhərindəki Panamerikan magistral yolundakı suötürücü boruya yerləşdirilmiş partlayıcı qurğu nəqliyyat vasitələri keçərkən işə salınıb.


Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib.


Şahidlərin sözlərinə görə, partlayış nəqliyyatın sıx olduğu bir vaxtda baş verib. Hücum zamanı yerli olaraq "çiva" kimi tanınan ənənəvi kənd avtobusu partlayışın gücündən istifadəyə yararsız hala düşüb.


Partlayışın gücü yaxınlıqdakı digər nəqliyyat vasitələrini məhv tdib və yolda böyük bir tıxac yaranıb.

Mənbə axar.az

Oxşar Xəbərlər