Dünya

ABŞ-də güclü YANĞIN: Tarixi kilsə alovlar içində qaldı - VİDEO

24 Apr 2026, 16:12 1 baxış
ABŞ-də güclü YANĞIN: Tarixi kilsə alovlar içində qaldı - VİDEO
ABŞ-nin Nyu-York ştatının Kvins şəhərində yaşayış binasında baş verən yanğın yaxınlıqdakı kilsəyə keçib. Oxu.Az-ın "NBC Newyork" nəşrinə istinadən xəbərinə görə, bu barədə yanğınsöndürmə xidmətindən məlumat verilib. Məlumata görə, yanğın miqyasının böyüklüyünə görə 5-ci kateqoriyaya aid edilib. Hadisə nəticəsində altı yanğınsöndürən xəsarət alıb, lakin həyati təhlükələrinin olmadığı bildirilib. Yanğının səbəbi məlum deyil. Araşdırma aparılır.
Məlumata görə, yanğın miqyasının böyüklüyünə görə 5-ci kateqoriyaya aid edilib. Hadisə nəticəsində altı yanğınsöndürən xəsarət alıb, lakin həyati təhlükələrinin olmadığı bildirilib. Qeyd edək ki, Nyu-Yorkun alova təslim olan tarixi Birinci Reformasiya Kilsəsi 138 il əvvəl də güclü yanğına məruz qalıbmış. Belə ki, 1830-cu illərin sonlarında qurulan kilsə 14 yanvar 1888-ci ildə də baş verən yanğın nəticəsində zərər görübmüş. Bina sökülərək yenidən tikilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər