Digər

Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski

24 Apr 2026, 09:00 1 baxış
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Belarusdan ölkəsinə hücum təhlükəsi barədə söylənənləri şərh edib.


Axar.az xəbər verir ki, bu barədə Zelenski xalqa müraciətində danışıb.


“Belarusdan müdaxilə təhlükəsinə gəldikdə isə bilirsiniz, ruslarda xeyli müxtəlif xəstə və fantastik ideyalar var. Buna görə də Belarusun bu fantastik ideyalara cəlb olunmasını, onların dəhşətli reallığa çevrilməsini istəmirəm”, - deyə o bildirib.


Qeyd edək ki, Zelenski bundan öncə də Rusiyanın Belarusu Ukrayna konfliktinə cəlb etmək istədiyini vurğulamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər