Cəmiyyət
Ağdama qayıdan sakindən duyğulu sözlər: "Köçkün düşəndə bir nəvəm var idi, indi üç nəticəm var"
"Şükür Allaha ki, şəhidlərimizin qanı yerdə qalmadı". Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıdan Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Zəminə Kazımova deyib. O bildirib ki, Ağdamdan çıxanda 45 yaşında olub: "Allah onlara rəhmət eləsin. Şəhidlərimizin valideynlərinə səbr diləyirəm. Qarşılarında baş əyirəm. Məcburi köçkün olanda 45 yaşım var idi. İndi isə 78 yaşındayam. Şükür ki, bu yaşımda mənə Ağdama qayıtmaq qismət oldu. Köçkün düşəndə bir nəvəm var idi. İndi dörd nəvəm var, üç nəticəm var". Z.Kazımova ölkə başçısına minnətdarlığını bildirib: "Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" Xatırladaq ki, bu gün Ağdam şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 110 ailə (397 nəfər) öz doğma yurduna köçürülür.
Mənbə
oxu.az
Oxşar Xəbərlər