Cəmiyyət
Doğma yurda dönüşün xoşbəxtliyini yaşayan İlyas Ağakazımov: "Ağdama qayıdıb iş-güc qurmağı planlayıram"
"Xoşbəxtəm ki, doğma el-obama qayıdıram". Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıdan Ağdam şəhərinə köç edən keçmiş məcburi köçün İlyas Ağakazımov deyib. O qeyd edib ki, 26 yaşında Ağdamdan çıxıb: "Şükür ki, müharibəni Zəfərlə tamamladıq. Prezidentimizin qətiyyəti və səyləri nəticəsində Ağdama qayıdıram. Şəhər yenidən qurulur. Ağdama qayıdıb iş-güc qurmağı planlayıram. Həyat yenidən bərpa olunur". Müsahibimiz ölkə başçısına da minnətdarlığını bildirib: "Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" Xatırladaq ki, bu gün Ağdam şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 110 ailə (397 nəfər) öz doğma yurduna köçürülür.
Mənbə
oxu.az
Oxşar Xəbərlər