Cəmiyyət
Şamil Hüseynov: "Ağdamda iş-güc qurub, xoşbəxt yaşayacağıq"
"Bütün evindən, obasından didərgin salınmış insanlar kimi, müvəqqəti məcburi köçkün həyatı yaşadıq". Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıdan Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Şamil Hüseynov deyib. O bildirib ki, ən böyük arzusu Ağdama qayıtmaq olub: "Şükür ki, doğma yurdumuza qayıdırıq. Olduqca xoşbəxtəm, sevincliyəm. Həmişə arzulamışam ki, Ağdama qayıdım. Arzumuzu reallaşdırdığı üçün Ordumuza, şəhidlərimizə minnətdarıq. Ağdamdan dörd nəfər çıxmışdıq. Oğlum hazırda Ağdamda yaşayır. Biz də onun yanına köçürük. İş-güc qurub, xoşbəxt yaşayacağıq". Ş.Hüseynov ölkə başçısına da minnətdarlığını bildirib: "Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" Xatırladaq ki, bu gün Ağdam şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 110 ailə (397 nəfər) öz doğma yurduna köçürülür.
Mənbə
oxu.az
Oxşar Xəbərlər