Cəmiyyət

Ağdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna yola salındı - VİDEO

24 Apr 2026, 07:04 2 baxış
Ağdam daha 110 ailəyə qucaq açır: Bu dəfə 397 nəfər yurduna yola salındı - VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış prosesi çərçivəsində bu gün Ağdam şəhərinə növbəti köç karvanı baş tutur. Oxu.Az xəbər verir ki, respublikamızın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır. Bu mərhələdə Ağdam şəhərinə daha 110 ailə - 397 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər