Digər

Uşaqda vitamin çatışmazlığının ciddi əlamətləri

24 Apr 2026, 02:02 1 baxış
Uşaqda vitamin çatışmazlığının ciddi əlamətləri

Uşaqlarda vitamin çatışmazlığı çox vaxt gizli başlayır. Valideynlər bunu “uşaqdır, normaldır” deyə düşünə bilər, amma bəzi əlamətlər artıq bədənin siqnalıdır.


Axar.az Medicina.az-a istinadən xəbər verir ki, əgər uşaqda aşağıdakı hallar varsa, diqqətli olmaq lazımdır:


- Tez yorulma, halsızlıq


- İştahsızlıq və ya seçici yemək


- Tez-tez qriplə xəstələnmə (immun zəifliyi)


- Solğun dəri, göz altı qaralma


- Diqqət dağınıqlığı, əsəbilik


D vitamini çatışmazlığı


- Ayaqlarda əyilmə (xüsusilə kiçik yaşlarda)


- Gec diş çıxarma


- Çox tərləmə (xüsusilə baş nahiyəsində)


- Əzələ zəifliyi


Dəmir çatışmazlığı


- Solğunluq


- Tez yorulma


- Başgicəllənmə


- Dırnaqlarda qırılma


- Torpaq, buz kimi qeyri-adi şeylərə meyl


B qrupu vitaminlər (xüsusilə B12)


- Yaddaş və diqqət zəifliyi


- Əsəbilik, ağlağanlıq


- Dildə yanma və ya qızartı


- Əllərdə-ayaqlarda keyimə (böyük uşaqlarda)


C vitamini çatışmazlığı


- Diş ətlərində qanama


- Yaraların gec sağalması


- Tez göyərmə (hematom)


- Ümumi zəiflik


A vitamini çatışmazlığı


- Gecə görmənin zəifləməsi


- Dərinin quruluğu


- Göz quruluğu


Aşağıdakı hallarda mütləq müayinə lazımdır:


Uşaq çox halsızdırsa;


Yeməkdən tam imtina edirsə;


Çəki artımı dayanıbsa;


Tez-tez xəstələnirsə;


Davranışında ciddi dəyişiklik varsa.


Valideynlər üçün əsas yoxlamalar:


- Qan analizi (ümumi)


- Dəmir və ferritin


- D vitamini


- B12 vitamini

Mənbə axar.az

Oxşar Xəbərlər