Cəmiyyət

Bu ərazilərdə işıq olmayacaq

24 Apr 2026, 01:07 2 baxış
Bu ərazilərdə işıq olmayacaq

Bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq.


Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.


Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsi Bağlar yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


"Təmir işləri yekunlaşdıqdan sonra yaşayış ərazisi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər