Digər

İtaliya ABŞ-ın təklifini yersiz adlandırdı

24 Apr 2026, 01:40 1 baxış
İtaliya ABŞ-ın təklifini yersiz adlandırdı

İtaliyanın gənclər və idman naziri Andrea Abodi ABŞ Prezidenti Donald Trampın yüksək vəzifəli nümayəndəsinin İtaliyanın 2026-cı il Dünya Çempionatında İranı əvəz etməsi ilə bağlı təklifini "yersiz" adlandırıb.


Axar.az ANSA xəbər agentliyinə istinadən xəbər verir ki, nazir bunun düzgün olmadığını deyib:


"Bu, düzgün deyil, meydanda qazanaraq turnirdə iştirak edirsən. Dünya Kubokunun təşkilatçısı olan FİFA-nın belə bir hərəkəti təkcə qeyri-mümkün deyil, həm də uyğunsuzdur" - deyə, nazir qeyd edib.


Qeyd edək ki, İtaliya ardıcıl üçüncü dəfədir ki, dünya çempionatına vəsiqə qazana bilmir.


Trampın xüsusi nümayəndəsi Paolo Zampolli İranın 2026-cı il Dünya Çempionatından kənarlaşdırılması və yerinə İtaliyanın daxil edilməsi təklifini irəli sürüb.

Mənbə axar.az

Oxşar Xəbərlər