Cəmiyyət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib. Oxu.Az xəbər verir ki, bu barədə şura məlumat yayıb. Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 09.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 315) təqdim etməlidirlər. Namizədə dair tələblər: Təqdim olunmalı sənədlər: Qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin qəbulu üzrə məsul şəxs: Əlaqə vasitələri: "İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu sənədlərini təqdim etmiş namizədlər arasından səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası seçir", - məlumatda qeyd olunub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər