Cəmiyyət
Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp
İrana və onun liderlərinə ABŞ prezidenti kimi xahişimə hörmətlə yanaşdıqlarına və planlaşdırılan edamları ləğv etdiklərinə görə çox minnətdaram.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ona İranda edam ediləcək səkkiz qadın etirazçının artıq öldürülməyəcəyi barədə məlumat verilib:
“Dörd nəfər dərhal azadlığa buraxılacaq, digər dördü isə bir aylıq həbs cəzasına məhkum ediləcək”.
Qeyd edək ki, Tramp İranda edamını gözləyən 8 qadının əfv edilməsini xahişi ilə müraciət yaymışdı.
İran isə 8 qadının edama məhkum edilməsi xəbərini təkzib etmişdi.
Mənbə
axar.az
Oxşar Xəbərlər