Digər

Sərkisyanın qardaşı qızının milyonları müsadirə edildi

22 Apr 2026, 21:43 1 baxış
Sərkisyanın qardaşı qızının milyonları müsadirə edildi

Ermənistanda keçmiş prezident Serj Sərkisyanın qardaşı qızı Ani Sərkisyana məxsus əmlakın bir hissəsi dövlət tərəfindən müsadirə olunub.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, məlumata görə, “Areni HES” şirkətinin 39 341 ədəd səhmi (təxminən 1,74 milyon dollar dəyərində), 864 min dolları, 13 milyon dram və təxminən 5 min avrosu dövlətin xeyrinə alınacaq.


Bu barədə məlumatı Ermənistan Baş Prokurorluğu yayıb. Bu gün Antikorrupsiya Məhkəməsi prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı iddiasını qismən təmin edib.

Mənbə axar.az

Oxşar Xəbərlər