Cəmiyyət

Yeni klinikanın direktor müavini də işdən çıxarıldı

22 Apr 2026, 19:32 2 baxış
Yeni klinikanın direktor müavini də işdən çıxarıldı

Yeni klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva vəzifəsindən azad olunub.


Axar.az xəbər verir ki, bu barədə Gülnar Nuriyeva özü məlumat verib.


Qeyd edək ki, son günlər bir neçə xəstəxananın baş həkiminin dəyişməsi barədə məlumat yayılıb.


Yeni Klinikanın baş direktoru Barat Yusubov və Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifələrindən azad edilmələri barədə xəbəri təsdiqləyiblər.


Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıqovanın da vəzifələrindən azad edilməsi barədə məlumatlar yayılıb.


Məsələ ilə bağlı TƏBİB-ə yönləndirilən çoxsaylı sorğular isə cavabsız qalıb.


Mənbə axar.az

Oxşar Xəbərlər