Cəmiyyət

9 il öncə imzalanmış bu Bəyannamə... - Prezident

22 Apr 2026, 19:49 2 baxış
9 il öncə imzalanmış bu Bəyannamə... - Prezident

Latviya prezidentinin Azərbaycana ilk rəsmi səfəri dostluq əlaqələrini daha da möhkəmləndirəcək.


Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X hesabında paylaşım edib.


"Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Əminəm ki, Sizin Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq", - paylaşımda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər